Darvin Nunyes yenidən Avropa futboluna dönməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı hücumçunun adı yenidən “Liverpul”la hallanır. Son mövsümü uğursuz keçirən futbolçu yeni çağırış axtarır. Məlumata görə, bir neçə Avropa klubu onunla maraqlanır.
“Barselona”, “Çelsi” və “Atletiko” da mümkün variantlar arasındadır. Futbolçunun özü də Avropaya qayıtmağa müsbət yanaşır.
Transfer məsələsinin dünya çempionatından sonra sürətlənəcəyi gözlənilir.

