“Nyukasl” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, klubun Avrokuboklardan kənarda qalması yeni strategiyanın hazırlanmasına səbəb olub. Rəhbərlik bir neçə futbolçunun satışı hesabına büdcə formalaşdırmaq istəyir.
Bundan sonra yeni transferlər üçün böyük vəsait ayrılması planlaşdırılır. İngiltərə mətbuatının məlumatına görə, klub 100 milyon funtdan çox xərc çəkə bilər. Məşqçilər korpusu bir neçə mövqedə güclənməyə ehtiyac duyur.
Transfer fəaliyyətinin yaxın günlərdə sürətlənəcəyi gözlənilir.

