10 İyun 2026
Ölkə futbolu

“Qarabağ” braziliyalı hücumçu üçün danışıq aparır

“Qarabağ” heyətini braziliyalı hücumçu ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi 21 yaşlı Daniel Troianonun transferi üçün danışıqlar aparır. Hazırda “Floresta”da icarə əsasında çıxış edən futbolçunun “Fortaleza” ilə müqaviləsi iyulda başa çatacaq.

Transfer baş tutacağı təqdirdə, “Qarabağ” oyunçunu azad agent kimi heyətinə qatacaq və yalnız yetişdirmə haqqı ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43