“Mançester Yunayted” cinah hücumçusu Ceydon Sançonun komandadan ayrıldığını rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu klubu azad agent statusunda tərk edib. Sanço 2021-ci ildə Dortmund “Borussiya”sından “qırmızı şeytanlar”a transfer olunmuşdu.
Həmin vaxt Mançester təmsilçisinin bu keçid üçün 85 milyon avro ödədiyi bildirilirdi. Son illərdə əsas heyətdə möhkəmlənə bilməyən 26 yaşlı oyunçu müxtəlif klublarda icarə əsasında çıxış edib.
O, ötən mövsümü “Aston Villa”da keçirib. Bundan əvvəl isə “Çelsi” və Dortmund “Borussiya”sının formasını geyinib.
Sanço 2025/26 mövsümündə Birminhem təmsilçisinin heyətində 39 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 18 milyon avro təşkil edir.

