“Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı qapıçı karyerasını Portuqaliyada davam etdirəcək. O, ölkənin II Liqa təmsilçisi “Farense” ilə müqavilə imzalayıb.
Klub transferi rəsmi olaraq açıqlayıb və yeni futbolçusuna “Xoş gəldin, Buntiç!” mesajı ilə müraciət edib.
Qeyd edək ki, 28 yaşlı qolkiper 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.
Xatırladaq ki, futbolçunun “Farense” klubuna keçidini ilk dəfə İdmanxeber.az saytı yazmışdı.

