23 İyul 2026
Dünya futbolu

“Liverpul” Akliuşu gündəmdə saxlayır

“Liverpul” “Monako”nun cinah hücumçusu Maqnes Akliuşu transfer siyahısından çıxarmayıb.

İdmanxeber.az-ın məlumatına görə, Mersisayd təmsilçisi 24 yaşlı futbolçu ilə bağlı ilkin sorğu göndərsə də, hələlik rəsmi təklif edilməyib.

Klub rəhbərliyi onu Məhəmməd Salahın gedişindən sonra hücum xəttini gücləndirəcək əsas namizədlərdən biri hesab edir.

Akliuş ötən mövsüm “Monako”nun əsas oyunçularından biri olub və bütün turnirlərdə 48 oyunda 10 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43