Uzun illərdi “Sabahın ulduzları” uşaq-gənclər layihəsi ilə tanınan, hazırda milli və klubların heyətində çıxış edən bir çox aparıcı yerli futbolçuların üzə çıxması və yetişməsində müstəsna əməyi olan Bakı Futbol Federasiyası yenidən aktiv fəaliyyətə başlayır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, BFF bundan sonra AFFA İnkişaf Strategiyasının tələblərinə uyğun müəyyən layihələrin həyata keçirilməsində öz töhvəsini verəcək. Prioritet sahə olaraq, uşaq-gənclər futbolunun inkişafına üstünlüyün verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, BFF-in prezidenti”Neftçi”-nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovdu.Qurumun baş meneceri isə “Səbail”dəki uğurlu fəaliyyəti ilə diqqət çəkən İman Zeynalovdu.

