31 Yanvar 2023
Kateqoriyasız Ölkə futbolu

Aftandil Hacıyev: “Komandamdan razı qaldım”

Topaz Premyer Liqasının IV turunun oyunları davam edir

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə “Səbail” doğma meydanda “Zirə”ni qəbul edib. Ev sahibi komandanın baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında oyun barəsində fikirlərini bölüşüb:

“Bugün çox maraqlı oyun oldu. Hər iki komanda sonadək mübarizə apardı. Oyunlarımızın sayı artdıqca daha da yaxşı oynayacayıq. Komandamdan razı qaldım.

İki fərqli oyun izlədik. İlk hissədəki oyunu ikinci hissədə görə bilməməyimizin səbəbi nə idi ?

Bilirsiniz ki, milli komandadan qayıdan oyunçularımız var. Onların içərisində yorğun olanlar var idi. Bunu nəzərə almalıydıq. Hər halda meydanda sonadək mübarizə apardıq. Zamanla daha yaxşı oyun göstərəcəyik.

-Qeyd etdiniz ki, nəticədən razısınız. Qələbəsi olmayan “Zirə” ilə heç-heçə edən bir komanda Avrokubok iddiasında necə ola bilər?

-Avrokubok iddiamız olduğunu siz deyirsiniz. Bizim qarşımıza belə bir tapşırıq qoyulmayıb. Yaxşı nəticə göstərməyi hər kəs istəyir. Çalışacayıq ki, daha da yaxşı çıxışlar edək. Rəqibini gücünü də nəzərə almalıyıq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Mustafa Dənizlidən xəbər var

admin

“İnter” Antalyada növbəti məşqinə çıxdı FOTOLAR

admin

“Qəbələ” “Neftçi”ni rüsvay etdi (YENİLƏNİB)

admin