Ölkə futbolu

Bayılda xallar bölündü – (YENİLƏNİB)

Topaz Premyer Liqasının IV turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə də “Səbail” öz meydanında “Zirə” ilə qarşılaşıb. Matçda hesabı qonaq komanda açıb. Pərdis Azad 68-ci dəqiqədə penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Görüşün 84-cü dəqiqəsində isə ev sahibi komandanın oyunçusu Rahid Əmirquliyev “Səbail”ın cavab qolunu vuraraq hesaba tarazlıq gətirib. Oyunun qalan dəqiqələrində isə başqa qol olmayıb. Matç 1:1 hesabı ilə sona çatıb.

 

Topaz Premyer Liqası

IV tur

15 sentyabr (şənbə)

20:30. “Səbail” – “Zirə”  1:1 

QOL: Pərdis, 68  pen.(0:1)  Rahid Əmirquliyev , 84 (1:1)
Hakimlər:
 Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bayıl Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43