Dünya futbolu

Ançelotti “Real” üçün ən uyğun hücumçunu açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun transfer siyasətindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis “Tottenhem”in hücumçusu Harri Keyni komandaya uyğun görür. Rəhbərliyin yayda yüksək qiymətə malik hücumçu transfer edib-etməməkdə qərarsız olduğu bildirilir.

Əgər klub ciddi vəsait ayırsa, Ançelotti 29 yaşlı ingilisi Madrid klubu üçün ən yaxşı namizəd hesab edir.

Keyn bu mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 30 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Onun “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43