Dünya futbolu

“Ümid edirəm ki, “Borussiya” çempion olacaq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Bundesliqadakı çempionluq yarışından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis sabiq komandasına azarkeşlik etdiyini bildirib:

“Ümid edirəm ki, “Borussiya” çempion olacaq. Bunun şəhər üçün nə demək olacağını yaxşı bilirəm”.

Almaniya çempionatında son tur öncəsi Dortmund təmsilçisi 70 xalla birinci yerdədir. “Bavariya” isə 68 xalla ikinci sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43