22 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan” bombardirini razı saldı

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi Orxan Əliyevi heyətdə saxlamağı bacarıb. Ötən mövsüm I Divizionda 27 qolla bombardir olan futbolçu komandası ilə müqavilə yeniləyəcək.

28 yaşlı futbolçuya Premyer Liqa təmsilçilərindən və ölkə xaricindən təkliflər olsa da, Əliyev rəhbərliklə razılaşaraq, növbəti mövsüm də “Araz Naxçıvan”da çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43