22 İyul 2026
Dünya futbolu

“Ayaks”ın oyunçusu “Arsenal”da

“Ayaks”ın müdafiəçisi Yurrin Timberin “Arsenal”la müqaviləsinin təfərrüatları məlum olub.

İdmanxeber.az-ın “De Telegraaf”a istinadən məlumatına görə, tərəflər vergilərdən sonra illik 8 milyon avro maaşla 2028-ci ilə qədər razılığa gəliblər.

22 yaşlı oyunçu “Ayaks”ın yetirməsidir. 2022/23 mövsümündə futbolçu komandanın heyətində bütün yarışlarda 47 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43