Dünya futbolu

“Arsenal” 14 futbolçu ilə vidalaşır

“Arsenal” mövsüm bitdikdən sonra heyətini yenidən qurmağı planlaşdırır.

İdmanxeber.az “Football London” nəşrinə istinadən xəbər verir ki, “topçular” genişmiqyaslı transfer kampaniyası aparmaq üçün 14 futbolçu ilə yolları ayıracaq.

Mənbə iddia edir ki, komanda Qranit Xaka, Tomas Parti, Rob Holdinq, Emil Smit-Rou, Nikolas Pepe, Ainsli Meytlend-Nayls, Kieran Tierni, Riss Nelson, Çarli Patino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa, Nuno Tavares və Sedrik Soareslə vidlaşmağı düşünür.

“Arsenal” Premyer Liqada 37 turdan sonra 81 xalla ikincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43