“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Artetanın işindən razıdır.
İdmanxeber.az-ın məlumatına görə, klub ispan mütəxəssislə yeni müqavilə imzalamağı planlaşdırır və tərəflər arasında sözləşmənin 2029-cu ilə qədər uzadılması nəzərdə tutulur.
Artetanın hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Komanda Premyer Liqada 49 xalla liderdir və ən yaxın rəqibini 6 xal qabaqlayır.
London təmsilçisi Çempionlar Liqasının ümumi mərhələsini də ilk pillədə tamamlayıb.

