23 İyul 2026
Dünya futbolu

“Arsenal”ın futbolçusu Fransa klubunda

“Arsenal”ın hücumçusu İtan Nvaneri mövsümün sonuna qədər “Marsel”də icarədə çıxış edəcək.

İdmanxeber.az-ın  məlumatına görə, 18 yaşlı futbolçu oyun təcrübəsi qazanmaq üçün Fransa klubuna göndərilib. Müqavilədə satınalma şərti yoxdur.

“Transfermarkt” Nvanerini 40 milyon avro dəyərində qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43