04 İyun 2026
Dünya futbolu

“Atletiko” “Liverpul”un futbolçusu ilə maraqlanır

“Atletiko” “Liverpul”un kapitanı Vircil Van Daykla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 34 yaşlı müdafiəçini gələcəkdə azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Van Daykın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Niderlandlı futbolçu cari mövsümdə 7 oyunda 1 qol vurub.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43