“Neftçi”nin danışıqlar apardığı nigeriyalı yarımmüdafiəçi İfeanyi Matyu artıq komandanın düşərgəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu tibbi baxışdan keçib və onunla 1+1 illik müqavilə imzalanacağı gözlənilir.
Azad agent statusunda olan Matyu artıq kollektivlə məşqlərə başlayıb. Son olaraq İsveçrənin “Sürix” klubunda çıxış edən yarımmüdafiəçi 2025-ci ildə cəmi 3 oyunda meydana çıxıb.
Klub rəhbərliyi müqaviləni uzatmaq istəməyən oyunçunu mövsümün əvvəlində əvəzedici heyətə göndərmişdi.

