23 İyul 2026
Kateqoriyasız

AVRO-2024: AFFA rəsmiləri püşkatma mərasimində

Sabah – oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki, “Festhalle” sərgi mərkəzində Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43