05 İyun 2026
İdman

Azərbaycan milliləri növbəti oyunlarına çıxır

Azərbaycanın voleybol yığmaları növbəti oyunlarına çıxıblar.

İdmanxeber.az xəbər verir ki, qadınlardan ibarət milli Qızıl Avropa Liqasında Xorvatiya ilə qarşılaşıb.

Zadar şəhərində keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

Kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında Lüksemburqa 0:3 hesabı ilə uduzub. Daha öncə İsveçə 0:3 hesabı ilə məğlub olan milli Gürcüstan seçməsini üstələyib – 3:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43