23 İyul 2026
Ölkə futbolu

Azərbaycan millisi Özbəkistanla qarşılaşacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, U-19 Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.

N. Ad / Soyad Klub
1 Nərgiz Ağaliyeva Şəfa FK
2 Firuzə Bayramova Dirçəliş FK
3 Bədriyyə Mavludova Şəfa FK
4 Məsumə Nəzərli Neftçi PFK
5 Arzu Cəfərova Şəfa FK
6 Aygün Novruzova Sabah FK
7 Yelizaveta Vaysman Şəfa FK
8 Pərişan Abdullayeva Liman FK
9 Aysel Cumayeva Liman FK
10 Ülviyyə İslamova Baku Juniors FK
11 Arzu Ağaliyeva Şəfa FK
12 Mədinə Qədiməliyeva Şəfa FK
13 Vahidə Əlipaşayeva Dirçəliş FK
14 Səma Əsədova Sabah FK
15 Mədinə Curuqova Neftçi PFK
16 Ayşən Salamzadə Neftçi PFK
17 Xanım Əsədova Neftçi PFK

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43