Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Krumovqrad”u 3:1 hesabı ilə məğlub edib.
Cəlal Hüseynov da Kırcalı derbisinin iştirakçısı olub. 20 yaşlı oyunçu matça start heyətdə başlayıb və komandasının ilk qolunun müəllifi olub.
O, qol sevincini əsgər salamı ilə qeyd edib,
9 oyun keçirən “Arda” 19 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

