“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlməsinə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubu dünən səfərdə “Porto” ilə qolsuz bərabərliyin ardından mərhələ adlayıb. “İnter”in baş məşqçisi İnzaqi görüşün ardından fikirlərini bildirib:
“Əla matç keçirdik. Futbolçular mübarizə apardılar və yaxşı oynadılar. İlk hissəni yaxşı keçirsək də, matçın sonlarında hamımız əziyyət çəkməli olduq. Mən bu qrup oyunçulara qiymət verirəm.
Bəxtimiz gətirdi? Futbolda şans nisbi anlayışdır. 180 dəqiqə ərzində biz 1/4 finala yüksəlməyə layiq idik. İndi biz böyük inamla oynayacağıq. Mən gördüyümüz işdən çox razıyam.
18 ayda mənə kuboklar və Çempionlar Liqasının 1/4 finalını gətirən bu oyunçulara hörmət edirəm. Bu andan həzz almaq istəyirəm. Azarkeşlər bizimlə fəxr etməlidirlər. Görək bundan sonra nələr olacaq”.

