“Çempionlar Liqasının himninin dinləmək əla idi, bu duyğunu İlk dəfəydi yaşayırdım. Orada olduğuma görə sevinirəm”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Viktoriya”nın müdafiəçisi Vatslav Yemelka “Qarabağ”la Bakıda keçirdikləri oyun (0:0) haqda danışarkən. 27 yaşlı futbolçu daha sonra belə davam edib:
“Çətin şəraitdə pis nəticə əldə etmədik. İstəyimizə çatdığımızı demək olar. Komandamla fəxr edirəm. Bakıda hava çox pis, rəqib isə yaxşı idi.
“Son cinah müdafiəçisi kimi oynayacağımı görüş günü bildim. Amma mən tapşırıqla barışmalı oldum. Şadam ki, məşqçimiz məni həvəsləndirdi və məndə inam yaratdı. Rəqibin fərqi yoxdur, hər zaman ən yaxşını etməyə çalışıram. Deməzdim ki, Bakıdakı oyun mənim üçün ən çətin matç idi.

