Milli komandamızın üzvü və “Zirə”nin futbolçusu Cəlal Hüseynov karyerasını “Şamaxı”da dava etdirəcək.
Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn İdmanxeber.az-a bildirib ki, U-23 millisi ilə İslamiadaya yollanan müdafiəçi bu gün Şamaxıda olacaq. Müdafiəçi mövsümün sonuna kimi bölgə klubunda icarə əsasında çıxış edəcək.
Klub 19 yaşlı mərkəz müdafiəçinin keçidini bugünlərdə açıqlayacaq.

