22 İyul 2026
Dünya futbolu

“Barselona” Levandovski ilə yolları ayırmağa hazırlaşır

“Barselona” 37 yaşlı Robert Levandovski ilə müqaviləni uzatmağı planlaşdırmır.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar polşalı hücumçunu “Atletiko”nun forvardı Xulian Alvareslə əvəzləmək istəyir.

25 yaşlı argentinalı futbolçu da Madrid klubundakı durumdan narazıdır və dəyişiklik fikrindədir.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir, bu mövsüm 5 oyunda 2 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43