23 İyul 2026
Dünya futbolu

“Barselona” Levandovskinin əvəzləyicisini tapdı – Razılıq alındı

“Barselona” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, Kataloniya təmsilçisi diqqətini “Levante”nin hücumçusu Etta Eyonqa yönəldib. İspaniya mətbuatının məlumatına görə, 22 yaşlı forvard “Barselona”ya keçməyə razılıq verib.

Eyonq mövsümün sonuna qədər icarə əsasında katalon klubuna qoşulmaq variantına müsbət yanaşır. O, “Barselona”da Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.

Gənc hücumçu cari mövsümdə göstərdiyi çıxışla bir sıra klubların da maraq dairəsinə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43