23 İyul 2026
Dünya futbolu

“Bavariya” Osimhen üçün hərəkətə keçdi

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Münhen “Bavariya”sı nigeriyalı forvardı əsas transfer hədəflərindən biri kimi nəzərdən keçirir. Klub rəhbərliyi onu gələcəkdə Harri Keynin əvəzləyicisi qismində görür.

Komandanın baş məşqçisi Vensan Kompani də bu transferi dəstəkləyir.

Hazırda “Mançester Yunayted”, “Yuventus” və “Atletiko”nun bu keçid üzərində işləmədiyi bildirilir.

Səudiyyə Ərəbistanından olan maraq isə Osimheni cəlb etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43