23 İyul 2026
Ölkə futbolu

Braziliyalı futbolçunun “Neftçi”yə keçidi alınmır 

Kipr mətbuatı “Etinikos”un futbolçusu Breno Almeydanın karyerasını Azərbaycanda davam etdirə biləcəyini yazıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalının “Neftçi”yə keçəcəyi iddia olunur, lakin Kiprdə qalmaq ehtimalı da var.

“Transfermarkt” onun “Aris” və ya AEL klublarından birinə keçə biləcəyini ehtimal edir.

27 yaşlı vinger bu mövsüm Kipr klubunda 14 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Karyerası ərzində Braziliya, Səudiyyə Ərəbistanı və Malta klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43