22 İyul 2026
Ölkə futbolu

“Cərimə meydançasında topu verdik ki, qol vursunlar” – Azər Bağırov 

“Kəpəz” Misli Premyer Liqasının 18-ci turunda Yevlax şəhər stadionunda “Şamaxı”ya 0:2 hesabı ilə uduzub.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Oyunun çətin olacağını bilirdik. “Şamaxı” ötən tur məğlub olduğu üçün daha məsuliyyətli idi. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüflər olsun ki, səhvlər etdik. İstəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqibi təbrik edirəm. Çempionatın ikinci yarısı hələ təzə başlayıb. Çətin oyunlar qarşıdadır. İnanıram ki, tapşırığın öhdəsindən gələcəyik.

Birinci hissədə səhvlərimiz mərkəzdəki boşluqlardan idi. Bunu görürdük. İkinci yarıda həmin mövqeni sığortaladıq. İstədiyimiz oyun ikinci hissədə daha yaxşı alındı. “Şamaxı” əks-hücumda oynayır, rəqibi səhv etməyə məcbur edir. Biz də cərimə meydançasında topu verdik ki, qol vursunlar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43