05 İyun 2026
Ölkə futbolu

DÇ-2026: Emin Mahmudov ilk “3-lük”də

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində müdafiə fəaliyyəti üzrə önə çıxıb.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı futbolçu rəqib hücumlarını kəsmə göstəricisinə görə ilk üçlükdə yer alıb. Mahmudov 6 oyunda 21 dəfə topa müdaxilə edib. Qazaxıstanlı İslam Çesnokov və Malta millisinin üzvü Aleksander Satariano da eyni göstəriciyə malikdir.

Azərbaycan millisi seçmə mərhələni D qrupunda 1 xalla sonuncu pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43