Ölkə futbolu

Elxan Abdullayev: “Həm qol vurduq, həm qələbə qazandıq”

Azərbaycan Premyer Liqasının VII turunda "Neftçi" "Kəpəz"ə 2 cavabsız qolla qalib gəlib.

İdmanxeber.com xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev qələbəni şərh edib:

“Futbolçularımız bu gün yaxşı oynadılar. Bu qələbə bizə çox lazım idi. Sonuncu dəqiqələrdə qol vurmağımız məni daha çox sevindirdi. Bu qələbədən sonra komandanın özünə inamı daha da artdı. Amma qarşıda görüləcək çox işimiz var. Hazırda inkişaf 3-5 faizdir. Çalışırıq ki, hər oyundan-oyuna komanda artırsın. Sevindirici haldır ki, futbolçular sona qədər döyüşdü. Çünki bundan əvvəlki iki oyunda hesabı açsaq da, qələbəni əldən vermişdik. Amma bu gün həm iki qol vurduq, həm də qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43