İdman

“Sumqayıt”- AZAL matçında sülh, “Neftçi” “Kəpəz”ə qalib gəldi (YENİLƏNİB)

Premyer Liqada yeddinci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, günün ilk qarşılaşması Sumqayıtda keçirilib. "Sumqayıt" 6 tur qələbəyə həsrat olan AZAL-ı qəbul edib. Oyuna yaxşı başlayan "təyyarəçilər" bir neçə dəfə Fərhad Vəliyevin qapısına yol tapmağa yaxın olub. Tərlan Əhmədovun yetirmələri 9-cu dəqiqədə istəklərinə çatıblar – İlqar Ələkbərov komandasını hesabda önə keçirib. "Sumqayıt" məğlubiyyətdən sona 7 dəqiqə qalmış qurtulub – Mirabdulla Abbasov komandasına 1 xal qazandırıb. 

Günün sonuncu matçında uzun müddətdir ki, qələbə qazana bilməyən "Neftçi" avrokuboklara iddialı "Kəpəz"lə üz-üzə gəlib.

"Neftçi" oyuna fəal başlayaraq 14-cü dəqiqədə gəncəlilərin qapısına yol tapıb – Denilson fərqlənib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Katalin Tsire oyunda yekun hesabı müəyyənləşdirib – 2:0. 



Aktivinə 6-cı xalı yazan "Neftçi" 7-ci pillədə qalıb. "Kəpəz" isə 7 xalla 5-6-cı pillələri bölüşür.

Turun sonuncu – mərkəzi matçı sabah "Qəbələ" və "Qarabağ" komandaları arasında oynanılacaq.

1 oktyabr

Azərbaycan Premyer Liqası

VII tur

17:00 “Sumqayıt” – AZAL – 1:1
Qollar: Mirabdulla Abbasov 83, İlqar Ələkbərov 9

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə

"Kapital Bank Arena”

19:00 “Neftçi” – “Kəpəz” 2-0
Qollar: Denilson Pereyra 14 Katalin Tira 90+2

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

“Əlincə Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43