İdman

Gürcüstanın baş nazirindən Azərbaycan bayrağı açıqlaması

“Avropanın Liqasında I təsnifat mərhələsində “Dinamo” (Tiflis, Gürcüstan) və “Qəbələ” (Azərbaycan) arasındakı qarşılaşmadan sonra baş verən hadisə araşdırılacaq”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verib.

Baş nazir bildirib ki, Azərbaycanla və onun xalqıyla strateji münasibətlər ölkəsi üçün çox əhəmiyyətlidi: “Gürcü hökumətinin rəhbəri kimi qəti sürətdə bildirirəm ki, dövlət heç kəsə dost Azərbaycanla bizim münasibətlərimizə belə fitnəkar hiylələrlə kölgə salmağa icazə verməyəcək”.

İrakli Qaribaşvili Daxili İşlər Nazirliyindən qanun tələb olunan tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, iyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan “Dinamo” – “Qəbələ” oyununda insident yaşanıb. Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən azarkeşlərə hücum edib. Onlar Azərbaycan bayrağını azarkeşlərdən alaraq təhqir ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43