Dünyadan

Ronaldo: “Rəqiblərə meydan oxumalıyıq”

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti mövsüm haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı ulduz yeni baş məşqçisi Rafael Benites və komanda yoldaşları ilə birlikdə olmağı səbrsizliklə gözlədiyini bildirib.

Xarici KİV-ə açıqlama verən Ronaldo bunları deyib: “Komanda ilə tezliklə məşqlərə başlamaq istəyirik. Yenə böyük uğurlar qazanmaq üçün çalışacağıq. "Real"da oynayırıqsa, bütün rəqiblərə meydan oxumalıyıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43