Dünya futbolu

Hollandiya millisinin sabiq baş məşqçisi “Hamburq”da

“Hamburq”un yeni baş məşqçisi müəyyənləşib.

Bundesliqa təmsilçisinə bundan sonra Hollandiya millisinin sabiq çalışdırıcısı Bert Van Marvijk başçılıq edəcək.

Ötən tur “Borussiya” məğlubiyyətdən sonra (6:2) Thorsten Finklə yollar ayrılmışdı. Yeni hollandiyalı mütəxəssis alman klubu ilə 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43