Kateqoriyasız

İkinci dövrənin ən yaxşısı – Premyer Liqa

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ilk yarısı başa çatıb.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, klublar 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər. II dövrənin 7 turunda 28 matç oynanılıb.

Bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.

Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.

Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.

Qeyd edək ki, I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43