Ölkə futbolu

“Kəpəz” üçün nə lazımdırsa edirik” – İlqar Nadiri

“Kəpəz” klubu sponsor arayışlarını davam etdirir.

“Turan Tovuz” klubuna sponsor tapılmasının ardından gözlər Premyer Liqadakı digər bölgə təmsilçisi “Kəpəz”ə çevrilib. Rəhbərlik bir müddət öncə Futbolun İnkişaf Fondunun dəstəyi ilə Gəncədə yerli iş adamları ilə görüş keçirmiş və yaxın gələcəkdə tərəfdarları sevindiricək xəbərlərin gələcəyi bildirilmişdi.

Son durumun nə yerdə olduğunu dəqiqləşdirmək üçün “Kəpəz” klubunun rəhbəri İlqar Nadiri ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Sponsor danışıqları davam edir. Qısa zamanda Bakıda gəncəli iş adamları ilə görüşümüz olacaq. Çalışırıq ki, danışıqlar müsbət tamamlansın. Yeni mövsümə kimi bu məsələni yoluna qoymağa cəhd edirik.

Futbolun İnkişaf Fondu (FİF) da bu yöndə öz səylərini davam etdirir. Ümid edirəm ki, bu məsələ tez bir zamanda həllini tapacaq. Rəhbərlik olaraq “Kəpəz” üçün nə lazımdırsa edirik və edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43