23 İyun 2026
Ölkə futbolu

“Kəpəz”dən darmadağın

Çempionata hazırlığı davam etdirən “Kəpəz” yoxlama oyununda əvəzedicilərlə qarşılaşıb. 

İdmanxeber.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşan matç Azər Məmmədovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43