23 İyul 2026
Dünya futbolu

Kante İstanbula gəlir

Türkiyənin “Fənərbağça” klubu Nqolo Kanteni transfer edib.

İdmanxeber.az “Sky Sports”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi üçün “Əl-İttihad”a 4 milyon avro ödəyəcək.

35 yaşlı futbolçu 2,5 illik müqavilə imzalamaq üçün yaxın günlərdə İstanbula gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43