İdman

Karyerasını erkən bitirən “Kəpəz”in sabiq futbolçusu polis oldu

2013-2015-cü illərdə I Divizionda "Kəpəz"in heyətində çıxış etmiş qapıçı Eşqin Şəmiyev karyerasını erkən bitirmək məcburiyyətində qalan gənc futbolçuların siyahısına qatılıb.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunda əsas heyət üzvü olan "əlcək sahibi" "sarı-göylər"in Premyer Liqaya vəsiqə qazanmasının ardından "Kəpəz"ə lazım olmayaraq, I Dəstədə yeni yaranan "Şərurspor" klubuna üz tutub. Lakin sonuncu komandanın da dağılmasından sonra 24 yaşlı gənc qolkiper klubsuz qalıb və karyerasını bitirib. Gəncəli futbol azarkeşlərinə tanış olan Eşqin Şəmiyev hazırda Yevlax rayonunda polis işçisi kimi çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43