06 İyun 2026
Ölkə futbolu

Kolumbiyalı futbolçu bölgə klubunda – RƏSMİ

“İmişli” kolumbiyalı müdafiəçi Edvin Banqeranı sıralarına cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sol cinah müdafiəçisi Portuqaliyanın 2-ci Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43