24 İyul 2026
Dünya futbolu

“Liverpul” “Real”ın müdafiəçisini istəyir

“Real”ın 20 yaşlı mərkəz müdafiəçisi Din Höysen karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu ilə “Liverpul” maraqlanır. Mersisayd təmsilçisi yay transfer pəncərəsində Höysen üçün 70 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, ispaniyalı müdafiəçi cari mövsüm “Real Madrid”in heyətində 28 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43