Kateqoriyasız

“Liverpul”da ən yaxşı bilindi

İngiltərənin “Liverpul” klubunda yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

“Qırmızılar”ın hücumçusu Məhəmməd Salahdır. Bu barədə klubun saytı məlumat yayıb.

Misirli futbolçu yanvar ayında “Liverpul”un heyətində keçirdiyi 5 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Salah bu mükafat uğrunda mübarizədə Cordan Henderson və Alisson Bekkeri qabaqlayıb. O, mövsümdə ikinci dəfə bu mükafata sahib çıxıb. 27 yaşlı futbolçu avqust ayında da Mersisayd klubunun ən yaxşı futbolçusu seçilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43