22 İyul 2026
Dünya futbolu

Mark Kukurelya La Liqaya qayıda bilər

“Atletiko Madrid” “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurelyanı heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, İspaniya təmsilçisi gələn ilin yayında “Çelsi”yə rəsmi təklif göndərməyi planlaşdırır.

27 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

Qeyd edək ki, Mark Kukurelya “Barselona” akademiyasının yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43