Milli komanda

Millimiz İsraili darmadağın etdi

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirib. 

İsrail komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb. Qolları Kristina Anaya, Şəfəq Nəsirova, Nigar Cəlilli, Tenişa Teylor və Marta Perarnau vurub. Üçüncü oyununda ilk qələbəsini qazanan yığmamız seçmə mərhələni 3 xalla üçüncü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43