23 İyul 2026
Ölkə futbolu

“Mingəçevir” daha bir oyunçu ilə anlaşdı

Azərbaycan 1-ci liqası təmsilçilərindən “Mingəçevir” yeni transfer gerçəkləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Mingəçevir” “Qəbələ”nin sabiq qapıçısı Əmrah Məmmədlini transfer edib. 24 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı” və MOİK-də də oynayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43