Dünya futbolu

Mourinyo PSJ ilə razılaşacaq

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ ilə razılaşıb.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi Kristof Qalteynin performanından narazıdır. Bu səbəbdən portuqaliyalı mütəxəssisi komandanın başına gətirmək istəyir.

Mourinyonun da PSJ-dən təklif alacağı təqdirdə, qəbul edəcəyi bildirilir. Onun İtaliya klubundan ayrılmaq istədiyi vurğulanıb.

Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. 36 turdan sonra romalılar 60 xalla A Seriyasında altıncı pillədə qərarlaşıb.

Bundan başqa, komanda Avropa Liqasının finalına yüksəlib. Mourinyonun yetirmələri həlledici matçda “Sevilya” ilə qarşılaşacaq. Oyun mayın 31-də Budapeştdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43