23 İyun 2026
Ölkə futbolu

“Neftçi” millimizin üzvünü razı sala biləcək? – Müqavilə hazırdı

“Neftçi” gənc futbolçu Murad Məmmədovla müqavilə uzatmaq niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik artıq oyunçuya yeni sözləşmə təklif edib. Hələlik Məmmədov bu təklifə müsbət cavab verməyib.

U-21 millimizin üzvü karyerasını ölkəxaricində davam etmək istəyir. O, Avropada oynamaq niyyətindədir. 

Bununla yanaşı, oyunçunun “ağ-qaralar”dan maaş gözləntisi də yüksəkdir. O, hazırkı əməkhaqqısından xeyli artığını tələb edib.

19 yaşlı yarımmüdafiəçi cari mövsüm “Neftçi” forması ilə 12 oyunda iştirak edib və bir qol vurub, eyni sayda assist edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43