22 İyul 2026
Ölkə futbolu

“Neftçi” Tovuza yola düşür

“Neftçi” Misli Premyer Liqasının 8-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar.

Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub. Bu gün Tovuza yola düşəcək “ağ-qaralar” oyunöncəsi son məşqi sabah Tovuz şəhər stadionunda keçəcək.
Qeyd edək ki, sentyabrın 30-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43